Cənubi Afrikada yoluxma sayı 563 mini ötüb

Cənubi Afrikada yoluxma sayı 563 mini ötüb
  11 Avqust 2020    Oxunub:1746
Cənubi Afrikada son sutka ərzində 3739 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az verir ki, bu barədə ölkənin Yoluxucu Xəstəliklər üzrə Milli İnstitutu məlumat yayıb.

Bildirilib ki, indiyədək 563 598 nəfərdə COVID-19 virusu aşkar edilib.

Məlumata görə, ötən gün 213 nəfər infeksiyadan həyatını itirib. Bununla da Cənubi Afrikada pandemiya qurbanlarının sayı 10 621 nəfərə çatıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti