“Apple” şirkətinin rəhbəri milyarder oldu

“Apple” şirkətinin rəhbəri milyarder oldu
  11 Avqust 2020    Oxunub:1791
Amerikanın “Apple” şirkətinin rəhbəri Tim Kuk milyarderlər siyahısına daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bloomberg Billionaires Index”ə görə, “Apple” səhmlərinin dəyəri təxminən 5% artdıqdan sonra onun sərvəti 1 milyard dolları keçib. Hazırda şirkətin bazar dəyəri 2 trilyon dollardır.

Kuk təxminən 375 milyon dollar dəyərində 848 min “Apple” hissəsinə sahibdir.

Məlumdur ki, 2020-ci ilin yanvar ayından etibarən şirkətin səhmlərinin qiyməti 1,5 dəfə artıb və 7 avqustda keçirilən hərracın sonunda onların dəyəri bir səhm üçün 444,45 dollara çatıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Apple  





Xəbər lenti