Rusiyada ana və üç övladı yanaraq öldü

 Rusiyada ana və üç övladı yanaraq öldü
  11 Avqust 2020    Oxunub:2740
Rusiyanın Samara vilayətində baş vermiş yanğında dörd nəfər ölüb.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Voljskiy bölgəsində yerləşən evlərin birində yanğın hadisəsi qeydə alınıb. Hadisə yerinə gedən yanğınsöndürənlər alovun qarşısını alıblar.

Yanğın yerinin kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü qadının, 2009-cu və 2011-ci il təvəllüdlü uşağın və 2016-cı il təvəllüdlü azyaşlının meyitini aşkar ediblər.

Ölənlərin hamısı bir ailənin üzvü olub. Hadisədən sonra şoka düşən 39 yaşlı kişi Samara şəhər 10 nömrəli xəstəxanaya yerləşdirilib. Yanğına ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma göstərilir.

Azvision.az


Teqlər: Rusiya   Yanğın  





Xəbər lenti