Livan Prezidenti hökumətin istefasını qəbul etdi

  10 Avqust 2020    Oxunub : 3216
 Livan Prezidenti hökumətin istefasını qəbul etdi
Livan Prezidenti Mişel Aun ölkənin Baş Naziri Həsən Diabın və onun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Nazir istefa ərizəsini Prezidentə təqdim edib.

"Mişel Aun yeni hökumət qurulana qədər vəzifələrin icrasını Nazirlər Kabinetinə tapşırıb”.

Qeyd edək ki, son günlər Livanda kütləvi etiraz aksiyaları keçirilir. Nümayişçilərin əsas tələbi hökumətin və parlamentin istefası, həmçinin ölkədə köklü islahatların aparılmasından ibarətdir.

Azvision.az

Teqlər: Livan   Hökumət   İstefa   Baş-Nazir