Beyrutda yenidən iğtişaşlar başlayıb

  10 Avqust 2020    Oxunub : 2554
Beyrutda yenidən iğtişaşlar başlayıb
Livanın paytaxtı Beyrut şəhərində yenidən etiraz aksiyaları başlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin binası yaxınlığında polislə toqquşmalar baş verib.

Nümayişçilər polislərə daş atmağa başlayıb. Bundan sonra asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib.

Hazırda aksiyalar davam edir.

Qeyd edək ki, etiraz aksiyaları ilə əlaqədar Livan hökuməti istefa verib.

Azvision.az

Teqlər: Liviya   Beyrut