Livan hökuməti tam tərkibdə istefa verdi - YENİLƏNİB

 Livan hökuməti tam tərkibdə istefa verdi -  YENİLƏNİB
  11 Avqust 2020    Oxunub:5219
Livanın Baş Naziri Həsən Diyab bu gün keçirdiyi mətbuat konfransında hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.
Azvision.az xəbər verir ki, Baş Nazir hökumətin istefasını təqdim etmək üçün Livan Prezidenti Mişel Aun ilə görüşəcək.

Bundan başqa, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

***
Livan hökuməti istefaya gedib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra ölkənin Səhiyyə naziri Həməd Həsən bildirib.

Qeyd edək ki, son günlər Livanda hökumətin istefası və parlamentin buraxılması tələbi ilə kütləvi aksiyalar keçirilib. Bu səbəbdən artıq 4 nazir və 9 deputat istefa verib.

Azvision.az


Teqlər: Livan   İstefa  





Xəbər lenti