Türkiyə hərbçilərinin Naxçıvan gəzintisi

Türkiyə hərbçilərinin Naxçıvan gəzintisi
  10 Avqust 2020    Oxunub:3300
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, gəzintilər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və muzeyləri ilə tanış olublar.

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Türkiyə  





Xəbər lenti