Özbəkistanda virusa yoluxanların sayı 30 minə çatır

  10 Avqust 2020    Oxunub : 2260
Özbəkistanda virusa yoluxanların sayı 30 minə çatır
Özbəkistanda son sutka ərzində daha 193 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 29 652 nəfərdir. Pandemiya qurbanlarının sayı 4 nəfər artaraq 187-ə yüksəlib. İndiyədək 21 mindən çox pasiyent sağalıb.

Qeyd edək ki, həftəsonları Özbəkistanda nəqliyyatın hərəkəti tamamilə qadağan edilib. Yüz min insan müşahidə altındadır, 8459 nəfərin müalicəsi xəstəxanalarda davam edir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Özbəkistan   virus