Lukaşenko: “Seçkilər bayram kimi keçirildi”

Lukaşenko:  “Seçkilər bayram kimi keçirildi”
  10 Avqust 2020    Oxunub:3347
Belarusda prezident seçkiləri bayram kimi keçirildi, onu korlamaq arzusunda olanlar açıq şəkildə göründülər.
Azvision.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB İcraiyyə Komitəsinin sədri, qurumun seçkiləri müşahidə missiyasının rəhbəri Sergey Lebedevlə görüşündə bildirib.

"Siz gördünüz ki, biz insanlara bayram yaşatmaq istədik və onlar həqiqətən də buna cavab verdilər. Bu, bayramdır. Kimsə bayramı məhv etmək istədi. Biz onları gördük – onlar bu gecə daha aydın göründülər”, - deyə Lukaşenko sözlərinə əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Lukaşenko  





Xəbər lenti