“Müxalifət təxribatdan başqa heç nə bacarmır” - Züqanov

“Müxalifət təxribatdan başqa heç nə bacarmır” -  Züqanov
  10 Avqust 2020    Oxunub:2748
Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Belarus müxalifətini tənqid edib.
Azvision.az -ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Züqanov bildirib ki, Belarus xalqına prezident seçkilərindəki iradəsi və ehtiyatlı davranışına görə təşəkkür edilməlidir, çünki bu ölkədə hər hansı qeyri-sabitlik Rusiyaya da təsir edəcək.

"Əvvəlcə qardaş Belarus xalqını və Lukaşenkonu seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Nəzərə almaq lazımdır ki, bu seçkilər qlobal iqtisadi böhranın yüksəldiyi, koronavirus pandemiyasının hələ də təslim olmadığı şəraitdə keçirildi. Təəssüf ki, bəzi uzaqgörməyən insanlar təxribat və destabilizasiya təşkil edənlərə qoşuldular",- deyə Züqanov əlavə edib.

Kommunist Partiyasının lideri deyib ki, Belarus müxalifətinin nə təcrübəsi, nə də biliyi var, təxribatlar təşkil etmək cəhdlərindən başqa heç nə təklif etmirlər:

"Mən müxalifətin proqramlarını dinlədim: heç nə yoxdur, təcrübə, bilik yoxdur, zərərli inkar və təxribat təşkil etmək cəhdlərindən başqa bir şey təklif etmirlər".

Züqanov, həmçinin Belarus hakimiyyətinin akkreditasiyasız işlədiyi üçün “Dojd” kanalının əməkdaşlarını ölkədən çıxarması qərarını da dəstəkləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KommunistPartiyası  





Xəbər lenti