Ceyhun Bayramov Türkiyəyə gedir

  10 Avqust 2020    Oxunub : 2443
Ceyhun Bayramov Türkiyəyə gedir
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər avqustun 11-də baş tutacaq.

Qeyd edək ki, bu, C.Bayramovun Xarici İşlər naziri kimi xaricə ilk səfəri olacaq. Səfər zamanı ikitərəfli və regional məsələlər, həmçinin qlobal hadisələr barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   XİN   Səfər   Nazir