Çin Honkonqa görə bir sıra ölkələrə etiraz etdi

Çin Honkonqa görə bir sıra ölkələrə etiraz etdi
  10 Avqust 2020    Oxunub:1894
Çinin Honkonqun muxtariyyətini pozmasına dair ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya xarici işlər nazirlərinin birgə bəyanatı ölkənin daxili işlərinə müdaxilədir.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Kanadadakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın xarici işlər nazirləri ortaq bir bəyanat verərək, Çini milli təhlükəsizlik qanununu qəbul etməklə, Honkonqun muxtariyyətini pozmaqda günahlandırıblar. Onların sözlərinə görə, bu, insanların əsas hüquq və azadlıqlarını pozur.

Həmçinin, beş ölkə muxtariyyətdə parlament seçkilərinin təxirə salınmasını qınayıb, onların fikrincə, bu addım demokratik prosesi pozur. XİN rəhbərləri Honkonq səlahiyyətlilərini ən qısa müddətdə seçkilər keçirməyə çağırıb.

Çin tərəfi bəyan edib ki, bu məsuliyyətsiz bəyanat ölkənin daxili işlərinə müdaxilədir.

"Honkonq rəhbərliyi sakinlərin sağlamlığı və təhlükəsizliyini qorumaq üçün çətin epidemioloji vəziyyətə görə parlament seçkilərini təxirə salmağı qərara alıb. Milli təhlükəsizlik qanunu isə Honkonqun qanunvericiliyindəki boşluğu aradan qaldırıb, bu bölgədə uzun müddətli sülhün və təhlükəsizliyin təmin olunmasına kömək edəcəkdir.

Honkonq Çinin xüsusi bir inzibati bölgəsidir. Onun problemləri yalnız Çinin daxili siyasəti ilə əlaqədardır. Çin tərəfi bəzi dövlətləri Honkonqdan istifadə edərək ölkənin daxili işlərinə müdaxilə etməyi dərhal dayandırmağa çağırır", - deyə diplomatik nümayəndəliyin bəyanatında qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti