Pakistanda sel və daşqınlar nəticəsində 64 nəfər ölüb

Pakistanda sel və daşqınlar nəticəsində 64 nəfər ölüb
  10 Avqust 2020    Oxunub:2023
Pakistanda son üç gündə musson yağışları və daşqınlar nəticəsində azı 64 nəfər həyatını itirb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, ən çox ölüm halı ölkənin şimal-qərbindəki Xayber-Paxtunkva əyalətində qeydə alınıb.

Bölgədə su basmış ərazilərlə əlaqə kəsilib, daşqınlar yüzlərlə yaşayış binasını dağıdıb, körpüləri sıradan çıxarıb, yüksək gərginlikli elektrik ötürücü dirəkləri yarasız hala düşüb.

Cənubi Sind əyalətində bəndin uçması nəticəsində bir neçə kənd su altında qalıb. Ordu bölmələri və helikopterlər yerli sakinlərin təxliyəsində iştirak edir.

Leysan yağışları Pakistanın ən böyük şəhərləri olan Kəraçi və Lahorda da həyatı iflic edib. Meqalopolislərin küçələrini su basıb, sel şəhər infrastrukturuna və nəqliyyatın hərəkətinə ciddi maneə yaradıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CənubiSind  





Xəbər lenti