Koronavirusa yoluxanların sayı 20 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 20 milyonu keçdi
  10 Avqust 2020    Oxunub:4847
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 20 milyon nəfəri ötüb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 20 milyon 25 min 950, pandemiya qurbanlarının sayı isə 734 min 18 nəfərə çatıb.

İndiyədək 12 milyon 900 min 621 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti