MSK: Lukaşenko bütün bölgələrdə qalib gəlib

  MSK:  Lukaşenko bütün bölgələrdə qalib gəlib
  10 Avqust 2020    Oxunub:2444
Ötən gün Belarusda keçirilmiş seçkinin ilkin nəticələrinə görə, hazırkı prezident Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində qalib gəlib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidia Yermoşina bəyan edib.
Onun sözlərinə görə, Minsk şəhərinin Leninski rayonunda seçicilərin 64%-dən çoxu iştirak edib, Lukaşenko demək olar ki, 67%-dən çox, onun rəqibi Svetlana Tixanovskaya isə təxminən 15% səs toplayıb.

Brest vilayətinin 4 rayonunda seçici fəallığı 95,7% olub. Burada Lukaşenko səslərin təxminən 80%-ni, Tixanovskaya isə 3,8%-ni qazanıb.

MSK rəhbəri vurğulayıb ki, Qomel bölgəsinin 4 rayonunda seçicilərin 90%-i Lukaşenkoya, 3,2%-i isə Tixanovskayaya səs verib.

“Daha bir neçə rayon üzrə səsvermənin ilkin nəticələri məlumdur. Həmin nəticələrə əsasən, Lukaşenko 90% -dən çox, Tixanovskaya isə 4% səs alıb”, - deyə MSK sədri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SvetlanaTixanovskaya  





Xəbər lenti