Kürdə batan kişinin meyiti tapıldı - YENİLƏNİB

Kürdə batan kişinin meyiti tapıldı -  YENİLƏNİB
  10 Avqust 2020    Oxunub:5066
Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, C.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Yevlax   Kür   FHN  





Xəbər lenti