Britaniyada gündəlik yoluxma sayı yenə artdı

Britaniyada gündəlik yoluxma sayı yenə artdı
  10 Avqust 2020    Oxunub:2547
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 1062 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 310 min 825, xəstəlikdən ölənlərin sayı isə 46 min 574 nəfərə çatıb.

Qeyd edək ki, son günlər bu ölkədə yoluxma hallarında ciddi artım müşahidə edilir.

Azvision.az



Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti