Çində yeni yoluxma halları aşkarlandı

Çində yeni yoluxma halları aşkarlandı
  09 Avqust 2020    Oxunub:2607
Çində son sutka ərzində 23 aktiv, 11 asimptomatik koronavirus daşıyıcısı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, Sincan Uyğur Muxtar Bölgəsində 15 yeni yoluxma halı aşkarlanıb.

Son sutkada Çində koronavirusdan ölüm qeydə alınmayıb. Ümumilikdə ölkədə virusa yoluxanların sayı 84 619 nəfərə çatıb, indiyədək 4634 nəfər infeksiyadan ölüb.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti