Beyrutda ölənlərin sayı 158 nəfərə çatıb

Beyrutda ölənlərin sayı 158 nəfərə çatıb
  08 Avqust 2020    Oxunub:3223
Livanın paytaxtı Beyrutdakı limanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artaraq 158 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 6 mindən artıq insan xəsarət alıb, 21 nəfər itkin düşüb.

Hazırda Beyrut limanında və dağılmış ərazilərdə axtarış-xilasetmə əməliyyatı davam edir.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində şəhərə ciddi ziyan dəyib, 300 mindən çox insan evsiz qalıb. Partlayışa səbəb kimi Livan gömrüyü tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın düzgün saxlanılmaması göstərilir.

Azvision.az


Teqlər: Livan   Beyrut  





Xəbər lenti