İranda daha 132 nəfər koronavirusdan öldü

İranda daha 132 nəfər koronavirusdan öldü
  08 Avqust 2020    Oxunub:3604
İranda son sutka ərzində yeni növ koronavirusa 2125 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, indiyədək ölkədə 324 692 nəfər infeksiyaya yoluxub, 282 122 xəstə sağalıb.

Son sutka ərzində 132 nəfər olmaqla, ümumilikdə COVID-19 qurbanlarının sayı 18 264-ə çatıb. Hazırda 4 mindən çox pasiyentin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti