Beyrutda yaralanmış səfir xanımı vəfat etdi

 Beyrutda yaralanmış səfir xanımı vəfat etdi
  08 Avqust 2020    Oxunub:3979
Niderlandın Livandakı səfirinin xanımı Hedviq Valtmans-Molier Beyrut limanında baş verən partlayış nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Düşüncələrimiz onun həyat yoldaşı, uşaqları və digər ailə üzvləri ilədir. Biz onların kədərin paylaşır və böyük itkiyə dözmək üçün güc diləyirik".

Mərhumun 55 yaşında olduğu qeyd edilib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində şəhərə ciddi ziyan dəyib, 300 mindən çox insan evsiz qalıb. Hadisə zamanı 154 nəfər ölüb, 5 min insan yaralanıb.

Partlayışa səbəb kimi Livan gömrüyü tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın düzgün saxlanılmaması göstərilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beyrut  





Xəbər lenti