Generalın otağına “juçok” qoyuldu - Paşinyan şantaja əl atır

Generalın otağına “juçok” qoyuldu -  Paşinyan şantaja əl atır
  08 Avqust 2020    Oxunub:3664
Ermənistan rəhbərliyi Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyana qarşı hər hansı bir şəkildə kompromat tapmağa çalışır.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Bundan əvvəl, MTX-nin silahlanma şöbəsinin müdiri Artak Torosyan saxlanılıb və sonra sərbəst buraxılıb. Ondan Vanetsyanın MTX arsenalında qanunsuz olaraq şəxsi silah saxladığı barədə ifadə almağa çalışılıb.

Nəşr bildirir ki, indi Milli Təhlükəsizlik Xidməti rəhbərinin iqtisadi bölmə üzrə müavini, general Aram Akobyandan ifadə almaq istəyirlər.

"General təsadüfən kabinetinə "juçok” qoyulduğunu görüb. O, buna kəskin reaksiya verərək, məhkəmənin qərarı olmadan dövlət təhlükəsizlik orqanları işçilərinin hansı hüquqla onu dinlədiyini soruşub. MTX rəhbəri Arqişti Kyaramyan isə generaldan bu məsələni açıqlamamasını xahiş edib", - deyə nəşr yazır.

İddia edilir ki, tərəflər Akobyanın məzuniyyətə getməsi, qayıdandan sonra isə təqaüdə çıxması barədə razılığa gəlib.

Akobyanın özü bu barədə təkid edib, çünki o, MTX-yə rəhbərlik edən 29 yaşlı gənc ilə işləməyin mümkün olmadığını bildirib.

Xatırladaq ki, Aram Akobyan Ermənistan Respublika Partiyasından olan keçmiş deputat, İrəvan pivə zavodunun həmtəsisçisi Akob Akobyanın qardaşıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MTX  





Xəbər lenti