Prezident Təhsil Nazirliyinə pul ayırdı - SƏRƏNCAM

  Prezident Təhsil Nazirliyinə pul ayırdı -   SƏRƏNCAM
  08 Avqust 2020    Oxunub:5521
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Təhsil Nazirliyinə ayrılıb.

Azvision.az


Teqlər: Prezident   Tehsil  





Xəbər lenti