Tramp Parisdə Livana dəstək verəcək

Tramp Parisdə Livana dəstək verəcək
  09 Avqust 2020    Oxunub:3439
ABŞ Prezidenti Donald Tramp Parisdə Livana dəstək konfransında iştirak edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Livan prezident administrasiyası "Twitter"də məlumat yayıb.

Bildirilib ki, Ağ Ev rəhbəri Livan Prezidenti Mişel Auna başsağlığı verib və vurğulayıb ki, livan xalqına həmrəylik olaraq təcili yardım göndəriləcək.

Aunun sözlərinə görə, Beyrut sabitlik və təhlükəsizliyi qorumaq üçün Vaşinqtonla əməkdaşlığa ehtiyac duyur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Livan   ABŞ  





Xəbər lenti