Türkiyənin vitse-prezidenti Livana getdi

Türkiyənin vitse-prezidenti Livana getdi
  08 Avqust 2020    Oxunub:3037
Türkiyənin vitse-prezidenti Fuat Oktay və Xarci İşlər naziri Mövlud Çavuşoğlu Livana səfər ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu “Twitter”də paylaşım edib.

“Livan xalqı ilə həmrəy olduğumuzu göstərmək, dost və qardaş Livan xalqına dəstək olmaq üçün vitse-prezidentimizlə Beyrutdayıq”, - deyə Çavuşoğlu yazıb.

F.Oktay Livanda Prezident Mişel Aun, parlament sədri Nebih Berri və Baş nazir Hasan Diyab ilə görüşəcək.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində şəhərə ciddi ziyan dəyib, 300 mindən çox insan evsiz qalıb. Hadisə zamanı 154 nəfər ölüb, 5 min insan yaralanıb.

Hadisəyə səbəb kimi Livan gömrüyü tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın partlaması göstərilir. Lakin xarici müdaxilə də istisna edilmir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beyrut  





Xəbər lenti