Separatçı rejim ehtiyatda olanları “xidmətə” çağırdı

Separatçı rejim ehtiyatda olanları “xidmətə” çağırdı
  08 Avqust 2020    Oxunub:2810
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin “müdafiə nazirliyi” 40 yaşına qədər ehtiyatda olanların müqavilə əsasında xidmətə qəbulu barədə elan yayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, elanda artilleristlər, snayperlər, atıcı, qumbaraatan, pulemyotçu, istehkamçı, sürücü, qreyder, mexanika, avtoelektrik, qaz və elektrik qaynaqçılar, ekskavator və buldozer sürücüləri xidmətə dəvət olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti