Məscidlər bu il bağlı qalacaq

  Məscidlər bu il bağlı qalacaq
  08 Avqust 2020    Oxunub:6470
Məscidlərin açılmasına hələ gedə bilmərik.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu il Həcc ziyarəti qeyri-adi formada keçirilib:

“İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə aid deyil. Bu, iqtisadiyyata və normal həyatımıza da təsir edir. Ona görə bu il məscidlərin açılması müzakirə olunmur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məscid   Brifinq   Qərargah  





Xəbər lenti