Bakı metrosu hələ açılmayacaq

   Bakı metrosu hələ açılmayacaq
  08 Avqust 2020    Oxunub:5605
Metronun açılması bu gün müzakirə olunmur.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, virusun yayılmasının yüksək olduğu amillərdən biri insanların hərəkətidir.

“Bu isə nəqliyyatla bağlıdır. Buna görə bir çox ölkələrdə nəqliyyatın məhdudlaşdırılmasına gedilir ki, yoluxma aşağı düşsün. Metroda yoluxma yüksəkdir. Ona görə də metronu bəlli olmayan dövrə qədər qapatmağa məcburuq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Metro   Karantin   Nəqliyyat  





Xəbər lenti