190 manat alıb, istifadə etməyənlər də var

 190 manat alıb, istifadə etməyənlər də var
  08 Avqust 2020    Oxunub:5349
190 manat aztəminatlı və işsiz şəxslərə, ehtiyacı olanlara verilirdi. Biz bloklanmış kartlarda gördük ki, 190 manatdan 1 manat belə istifadə olunmayıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, əgər vətəndaş tərəfindən 10 manat götürülsəydi, onun ehtiyacı olduğuna əmin olunardı.

“Dövlət tərəfindən pul ehtiyacı olanlara verilməlidir. Bir ay ərzində 190 manatın 1 manatı belə istifadə olunmayıbsa, demək, onun ehtiyacı yoxdur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Brifinq   190manat   Qərargah  





Xəbər lenti