Qəzaya uğrayan təyyarənin “qara qutusu” tapıldı

  08 Avqust 2020    Oxunub : 2820
Qəzaya uğrayan təyyarənin “qara qutusu” tapıldı
Hindistanın Kerala əyalətində qəzaya uğrayan "Boeing 737" təyyarəsinin "qara qutu"su tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri yazıb.

"Qara qutu" oxunması üçün Dehliyə gətiriləcək.

Hindistanın Mülki Aviasiya naziri Hardip Sinqh Puri hadisənin araşdırılmasının Hindistan Mülki Aviasiya Nazirliyi yanında Qəza Təhqiqatı Bürosu tərəfindən aparılacağını bildirib.

Xatırladaq ki, “Air India Express”ə məxsus "Boeing 737" təyyarəsi cümə günü Hindistanın Kerala əyalətində hava limanına sərt eniş edib. Hadisə nəticəsində iki pilot da daxil olmaqla, 20 nəfər ölüb. Aviaşirkətdən verilən məlumata görə, dörd ekipaj üzvünün həyatı üçün təhlükə yoxdur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Boeing737