Qəhrəman həkimlər mükafatlandırılacaq

  Qəhrəman həkimlər mükafatlandırılacaq
  08 Avqust 2020    Oxunub:3557
Həkimlər ön cəbhədə mübarizə aparan qəhrəmanlardır. Onların əməyi yüksək qiymətləndirilir. Hələ müharibə bitməyib. Müharibə bitəndən sonra kimə hansı formada təltifin düşməsi mükazirə olunacaq.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələdə ictimaiyyətin də rolu vacibdir.

“Son zamanlar Operativ Qərargah haqqında kliplər hazırlayıblar. Onlar həddindən artıq istedadlı uşaqlardır. Olmazdı ki, onlar istedadını başqa yerə yönəldib, həkimlər haqqında sosial çarxlar hazırlasınlar?!”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qərargah   Brifinq  





Xəbər lenti