Prezidentin köməkçisi vətəndaşlara səsləndi: “Belə davam etməyəcək”

 Prezidentin köməkçisi vətəndaşlara səsləndi:    “Belə davam etməyəcək”
  08 Avqust 2020    Oxunub:4305
İnsanların bir yerə yığışması, onların maskasız olması yoluxmaların sayını artırır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də görünür ki, son günlər sıxlıq var.

“Belə hiss olunur ki, insanlar riski qəbul etmir. Hələ kafe və restoranlar açılmayıb. Hələ bu vəziyyətdə insanlar maskasız hərəkət edirlər. Bu, belə davam etməyəcək. Qısa zamanda yenidən bağlanmaya gedəcəyik. Hökumətin düzgün etmədiyini demək doğru deyil. Məsuliyyətli olmaq lazımdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qərargah   Brifinq   Şahmar-Mövsümov  





Xəbər lenti