7 PKK terrorçusu məhv edildi

7 PKK terrorçusu məhv edildi
  08 Avqust 2020    Oxunub:2472
İraqın şimalındakı Asos bölgəsində hava hücumu nəticəsində 7 PKK terrorçusu məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuların yeri xüsusi xidmət orqanlarının əlaqələndirilmiş işi və Türkiyə Silahlı Qüvvələrinin komandanlığı sayəsində müəyyənləşdirilib.

Qeyd edək ki, PKK 2020-ci ilin mart ayına qədər Türkiyədə 7500 təhlükəsizlik əməkdaşını və 6800 mülki şəxsi öldürüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti