“Rusiya yenidən prezident seçilməyimi istəmir” - Tramp

“Rusiya yenidən prezident seçilməyimi istəmir” -  Tramp
  08 Avqust 2020    Oxunub:3210
ABŞ lideri Donald Tramp Moskvanın onun ikinci müddətə yenidən prezident seçilməsini istəmədiyini bəyan edib.
Azvision.az -ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə mətbuat konfransında bildirib.

Tramp buna səbəb olaraq heç kimin Rusiya ilə onun qədər sərt davranmadığını göstərib.

“Rusiyanın ABŞ Prezidenti postunda görmək istədiyi sonuncu şəxs Donald Trampdır. Çünki heç kim mənim qədər Rusiya ilə sərt deyil”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Onun fikrincə, Rusiyanın xoşuna gəlməyən uğurları arasında silahlı qüvvələrin güclənməsi, NATO-ya xərclərin artması, habelə Rusiya qaz boru kəmərlərinə qarşı sanksiyalar var.

Eyni zamanda, Tramp Çinin də onun yenidən seçilməsini istəmədiyini əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Rusiya   Çin  





Xəbər lenti