“Beyrutdakı partlayışla heç bir əlaqəmiz yoxdur” - “Hizbullah” lideri

  08 Avqust 2020    Oxunub : 2062
 “Beyrutdakı partlayışla heç bir əlaqəmiz yoxdur” -  “Hizbullah” lideri
“Hizbullah” şiə qruplaşmasının Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqəsi yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə “Al Jazeera” kanalı “Hizbullah" lideri Həsən Nəsrullaha istinadla məlumat yayıb.

O, limanın ərazisindəki anbarda “Hizbullah”a məxsus silah-sursatın, hansısa maddənin olmadığını deyib.

Nəsrullah istintaq nəticəsində hadisədə günahkar bilinənlərin harada olmalarından asılı olmayaraq, aşkar edilib, məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu vurğulayıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanındakı anbarda güclü partlayış baş verib. Partlayış nəticəsində şəhərə ciddi ziyan dəyib, 300 mindən çox insan evsiz qalıb. Hadisə zamanı 154 nəfər ölüb, 5 min insan yaralanıb. Hadisəyə səbəb kimi Livan gömrüyü tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın partlaması göstərilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: “Hizbullah