Beyrutdakı partlayışa görə 19 nəfər həbs edilib

  08 Avqust 2020    Oxunub : 2261
 Beyrutdakı partlayışa görə 19 nəfər həbs edilib
Beyrut limanında baş vermiş güclü partlayışa görə 19 nəfər həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, Livan gömrüyünün keçmiş baş direktoru Şafik Merhi istintaqa cəlb edilib.

Daha əvvəl liman administrasiyasının 16 vəzifəli şəxsinin tutulması barədə açıqlama verilib. Həbs edilənlər arasında limanın direktoru da var.

Xatırladaq ki, avqustun 4-də baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Livan