Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır

Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
  07 Avqust 2020    Oxunub:2946
Xırdalan dairəsində dəmir yolu körpüsünün tikintisi müddətində Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları yeni cədvəl ilə hərəkət edəcək.
Azvision.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb. Yeni tərtib olunmuş hərəkət qrafikinə bir neçə reys əlavə olunub ki, bu da Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək.

Qeyd edək ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti avqustun 10-dan müvvəqəti olaraq dayandırılır. Həmin müddətdən noyabrın 10-dək Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq. Avqustun 8-i və 9-da, 15-i və 16-da, 22-si və 23-də, 29-u və 30-da həmin istiqamətdə sərnişin daşınması həyata keçirilməyəcək.

Azvision.az


Teqlər: Qatar   Sumqayıt  





Xəbər lenti