ABŞ-da son sutkada 60 minə yaxın yoluxma olub

ABŞ-da son sutkada 60 minə yaxın yoluxma olub
  07 Avqust 2020    Oxunub:2890
ABŞ-da bir gündə 59 692 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 1250 pasiyent vəfat edib. Ümumilikdə ABŞ-da indiyədək yeni növ koronavirusa 4 883 657 yoluxma halı aşkarlanıb, 160 mindən çox xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti