“Partlayışda xarici müdaxilə ehtimalı var” - Livan Prezidenti

  07 Avqust 2020    Oxunub : 2943
“Partlayışda xarici müdaxilə ehtimalı var” -  Livan Prezidenti
Beyrutdakı partlayışın səbəbi hələ müəyyənləşdirilməyib, çünki raket, bomba və ya digər vasitələrlə xarici müdaxilə ehtimalı var.

Azvision.az xəbər verir ki, bu barədə Livanın "MTV" telekanalına ölkə Prezidenti Mişel Aun bildirib. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makrondan partlayışın peyk görüntülərini təqdim etməsini xahiş edib.
“Əgər onlarda bu görüntülər olmasa, hadisəyə xarici müdaxilənin səbəb olduğunu, yaxud partlayışın baş verdiyini müəyyən etmək üçün digər ölkələrdən bunu xahiş edəcəyik".

Aun qeyd edib ki, araşdırma tez bir zamanda olmalıdır.

“Məhkəmə orqanları çevik fəaliyyət göstərməlidir. Bir çox hökumətin görməzdən gəldiyi faktlar, ammonium nitratının kim tərəfindən yükləndiyi, səhlənkarlığın olub-olmadığı, ammoniumun limana necə girdiyi, partlayıcı maddələrin niyə bir neçə il saxlanıldığı araşdırılmalıdır", - deyə Livan Prezidenti vurğulayıb.

O qeyd edib ki, məsuliyyət dərəcəsi tədricən müəyyənləşdirilməlidir, lakin bu proses vaxt tələb edir.

"Naziri birinci mühakimə etmək olmaz, istintaq gedir və günahkarlar məsuliyyətə cəlb ediləcək, heç kim qorunmayacaq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: LivanPrezidenti