Putin Lukaşenko ilə “Vaqner”çilərin həbsini müzakirə etdi

Putin Lukaşenko ilə “Vaqner”çilərin həbsini müzakirə etdi
  07 Avqust 2020    Oxunub:3060
Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon əlaqəsi saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, ölkə başçıları 33 Rusiya vətəndaşının Belarusda tutulması ilə bağlı vəziyyəti müzakirə ediblər.

"Yaranmış vəziyyətin iki ölkə arasında əməkdaşlığa uyğun olaraq qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə inam ifadə edilib".

Kremlin yaydığı məlumata əsasən, Moskva Belarusda sabit daxili siyasi vəziyyətin qorunmasında və prezident seçkilərinin sakit şəraitdə keçirilməsində maraqlıdır.

Qeyd edək ki, Minskdə həbs olunan Rusiya vətəndaşları "Vaqner" hərbi şirkətinin əməkdaşlarıdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti