Ziya Bünyadov prospektində qəza tıxaca səbəb olub - FOTO

Ziya Bünyadov prospektində qəza tıxaca səbəb olub    - FOTO
  07 Avqust 2020    Oxunub:2291
Bakının Ziya Bünyadov prospektində 20 yanvar dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxan hissədə) yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur. Sıxlıq səbəbindən hərəkət sxemi həmin ərazidən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. Bu kimi hallar öz növbəsində qarşıdakı dayanacaq məntəqələrində o cümlədən avtobuslarda sıxlıqların yarannasına səbəb olur.

Azvision.az



Teqlər: BNA   Qəza  





Xəbər lenti