İranda daha 2450 nəfər koronavirusa yoluxub

İranda daha 2450 nəfər koronavirusa yoluxub
  07 Avqust 2020    Oxunub:2632
İranda son sutka ərzində yeni növ koronavirusa 2450 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, indiyədək ölkədə 322 567 nəfər infeksiyaya yoluxub, 279 724 xəstə sağalıb.

Son sutka ərzində 156 nəfər olmaqla, ümumilikdə COVID-19 qurbanlarının sayı 18 132-yə çatıb. Hazırda 4136 pasiyentin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti