Sarkisyan aprel döyüşləri ilə bağlı sualları cavablandıracaq

Sarkisyan aprel döyüşləri ilə bağlı sualları cavablandıracaq
  07 Avqust 2020    Oxunub:3347
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan rəsmi "Facebook" səhifəsində müraciət yayıb.

Azvision.az xəbər verir ki, Sarkisyan fövqəladə vəziyyət rejimi bitəndən sonra mətbuat konfransı keçirərək bütün suallara aydınlıq gətirəcəyini deyib.
O əlavə edib ki, mətbuat konfransının mövzusu 2016-cı ilin aprel müharibəsi ilə əlaqəli olacaq.

“Eyni görüşdə jurnalistlər və mən növbəti mətbuat konfransımın mövzusunu - 2018-ci ilin aprel hadisələri, Qarabağ məsələsi və ya başqa bir mövzu seçə biləcəyik", - Sarkisyan deyib.

Sabiq prezident bütün detalları təqdim edərək suallara doğru cavab verməyə hazır olduğunu vurğulayıb.

"Bəli, keçmişə qayıdış olmayacaq, amma Ermənistanın tarixinin 2018-ci ilin aprel ayında başlamadığını anlamalıyıq. İrəli addımlamaq üçün keçmişin bütün məsələlərini aydınlaşdırmalıyıq".

Qeyd edək ki, Serj Sarkisyan 2008-ci ildən 2018-ci ilə qədər Ermənistanın prezidenti olub. "Məxməri inqilab" adlandırılan 2018-ci ilin aprel hadisələri nəticəsində yenicə seçildiyi baş nazir postundan istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sarkisyan  





Xəbər lenti