Azərbaycanda bir həftədə 4429 nəfər koronavirusdan sağalıb

 Azərbaycanda bir həftədə 4429 nəfər koronavirusdan sağalıb
  07 Avqust 2020    Oxunub:14611
Azərbaycanda ötən həftə (iyulun 27-dən avqustun 2-dək) yeni növ koronavirus (COVID-19) infeksiyasından 4429 nəfər sağalıb, 2393 yoluxma faktı qeydə alınıb.
Azvision.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, indiyədək ən çox sağalma halı məhz ötən həftə qeydə alınıb.

Son iki ay ərzində həftələr arasında ən az yoluxma halına görə ikinci ən yaxşı göstərici iyulun 27-dən avqustun 2-dək olan həftənin payına düşür. Belə ki, iyundan etibarən ən az yoluxma halı iyunun 1-dən 7-dək olan həftədə müşahidə olunub: 2059 yoluxma.

Bununla yanaşı, ölkəmizdə iyulun 27-dən avqustun 2-dək koronavirusdan 45 nəfər həyatını itirib. Bu say təxminən son bir ay ərzində həftələr arasında qeydə alınan ən az ölüm göstəricisidir.

Azvision.az


Teqlər: Koromavirus  





Xəbər lenti