“Biz onlara iş təklif etdik, heç 1 faizi razılaşmadı” - Sahil Babayev

   “Biz onlara iş təklif etdik, heç 1 faizi razılaşmadı” -    Sahil Babayev
  07 Avqust 2020    Oxunub:4833
190 manat sosial ödəniş iş yerləri bağlanan, işini və gəlirini itirən qeyri-formal şəxslərə dəstək üçün verilirdi. İkincisi isə aztəminatlı kriteriyasına əsasən ödənilirdi. 600 min insana aprel və may aylarında bu ödəniş həyata keçirildi. Həmçinin növbəti mərhələdə sərt karantin tətbiq edilən rayon və şəhər sakinlərinə müavinət ödənildi. Burada hər hansı say azalmasına gedilməyib.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, sosial ödənişlə bağlı müraciət edən digər vətəndaşlar üçün haqqı ödənilən ictimai işlər təklif edilib.

“Əgər vətəndaş 190 manat üçün müraciət edirsə və özünü aztəminatlı hesab edirsə, ona təklif edilən iş yeri minimum əmək haqqı olan iş yeridir. Əgər şəxs ali savadlı və yüksək ixtisaslıdırsa və bu işləri istəmirsə, onlar üçün 47 min vakansiya var və ora müraciət edə bilər. Pandemiya dövründə iş yerləri azalır və zəmanət yoxdur ki, onların hamısı iş tapacaq. İctimai işlərin hədəf kütləsi bəllidir. Bu işlərə dövlət sektorunda ehtiyac yoxdur, bu, sosial layihədir, aztəminatlı işsiz şəxslər üçündür. Minimum əmək haqqı səviyyəsi ilə işləyən 10 minlərlə insan var”.

Nazir bildirib ki, son 3 ayda 20 minə yaxın şəxs 190 manat verilməsi ilə bağlı yenidən müraciət edib. “Biz onlara ictimai işləri təklif etdik. Lakin onların heç 1 faizi buna razılaşmır”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti