“190 manat təkrar yoxlamadan sonra veriləcək” - Nazir

  07 Avqust 2020    Oxunub : 1894
 “190 manat təkrar yoxlamadan sonra veriləcək” -    Nazir
Avqust ayı üzrə 190 manatlıq sosial ödəniş təkrar yoxlama aparıldıqdan sonra veriləcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, bu dövrdə kimlərsə yenidən işləyə, əmək müqaviləsi imzalaya bilər, yaxud kimlərsə aztəminatlı meyardan çıxa bilər.

“Buna görə meyarlar üzrə təkrar yoxlama aparılacaq və yekun rəqəm bundan sonra açıqlanacaq ki, 4-cü ödəniş nə qədər insanı əhatə edəcək. Sosial ödənişlərin 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun keçən il aparılan islahatlar, saxta işlərin ləğvi nəticəsində əldə etdiyi qənət hesabına ödənilir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN