Almaniyanın XİN rəhbəri Rusiyaya səfər edəcək

Almaniyanın XİN rəhbəri Rusiyaya səfər edəcək
  06 Avqust 2020    Oxunub:2728
Almaniyanın Xarici İşlər naziri Hayko Maas Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.

Onun sözlərinə görə, səfər avqustun 11-də baş tutacaq.

Tərəflər beynəlxalq gündəmin əsas məsələlərini, o cümlədən Ukrayna, Suriya, Liviya böhranını müzakirə edəcək, İranın nüvə sazişi ətrafında fikir mübadiləsi aparacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Almaniya   XİN  





Xəbər lenti