Bakıda parkdakı yanğın söndürülüb - Yenilənib

Bakıda parkdakı yanğın söndürülüb -  Yenilənib
  06 Avqust 2020    Oxunub:3457
Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda təqribən 1 ha ərazidə ağaclıq və quru ot yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:20-də söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclığın yanması barədə məlumat daxil olub.

Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti