Koronavirusa yoluxanların sayı 19 milyonu ötdü

 Koronavirusa yoluxanların sayı 19 milyonu ötdü
  06 Avqust 2020    Oxunub:4984
Dünyada koronavirusa yoluxanların sayı 19 milyonu ötüb.
Azvision.az xəbər verir ki, bu barədə "Worldometer" portalında məlumat yer alıb.

Saytın açıqladığı statistikaya əsasən, virusa yoluxanların ümumi sayı 19 006 692 nəfərə çatıb. İndiyədək 711 876 nəfər COVID-19-dan dünyasını dəyişib, 12 193 584 insan xəstəliyə qalib gəlib.

Xatırladaq ki, koronavirus ötən ilin sonunda Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti