Almaniya səfirliyinin əməkdaşı Beyrutdakı partlayışda ölüb

Almaniya səfirliyinin əməkdaşı Beyrutdakı partlayışda ölüb
  06 Avqust 2020    Oxunub:2645
Almaniyanın Livandakı səfirliyinin əməkdaşı Beyrutda baş vermiş partlayışda həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas “Twitter”də yazıb.

Onun sözlərinə görə, partlayış anında xanım əməkdaş evində olub.

“Xarici İşlər Nazirliyinin bütün əməkdaşları həmkarlarının vəfatından dərindən kədərlənir",- deyə Maas əlavə edib.

Xatırladaq ki, Beyrutda baş vermiş güclü partlayışda 138 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   XİN   Beyrut   Partlayış  





Xəbər lenti